Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Qazax


İyunun 28-dən 29-na keçən gecə Xanlıqlar, Cəfərli, Quşçu-Ayrım, Qızıl-Hacılı kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Tələfat olmamışdır. Hazırda Qızılhacılı kəndi atəşə tutulur.


Gədəbəy


Rayonun Şınıx zonasi ilə həmsərhəd Ermənistanın Krasnoselsk rayonu ərazisində ermənilərin canlı qüvvəsinin və texnikasının cəmlənməsi müşahidə edilir.


Zəngilan


İyunun 29-na keçən gecə saat 1:00-dək Yuxarı Yeməzli, Kollu Qışlaq kəndləri Qafan və Mehri rayonları ərazisindən avtomat, iriçaplı pulemyotlardan atəşə tutulmuşdur.


Tərtər


İyunun 29-u saat 6:00-dan başlayaraq Ağdərə ərazisindən ermənilərdən azad edilmiş yaşayış məntəqələrindən “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur.


Cəbrayıl


İyunun 29-da saat 6:45-dən başlayaraq rayon mərkəzi Şaqax istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulur. Şəhərdə dağıntı var.

Tovuz, Kəlbəcər, Qubadlı, Füzuli, Ağdam bölgələrində sakitlikdir.