Tərtər
İyunun 26-na keçən gecə əsgərlərimiz Ağdərə ətrafından geri, Tərtər istiqamətinə tərəf çəkilmişlər. Ermənilərdən təmizlənmiş Karmiravan kəndində döyüşçülərimiz mühasirəyə düşmüşdür. Səhərə yaxın əsgərlərimiz həmin kənddə canlı qüvvədə (50 nəfər) və zirehli texnikada (2 tank, 2 PDM) itki verərək geri, əvvəlki mövqelərə çəkilmişlər.
Hazırda Tərtər cəbhəsində (Ağdərə rayonu ərazisində) əsgərlər arasında ruh düşkünlüyü yaranmışdır. Goranboy tərəfdə döyüşən əsgərlərimiz irəliyə getmək istəmirlər. Onlar Şaumyanı təmizlədikdən sonra öz işlərini bitmiş hesab edirlər. Yalnız Goranboyun 11 batalyonu Tərtər istiqamətində döyüş aparmağa hazırdır.