AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Zəngilan
İyunun 26-da saat gecə 1 radələrində Seyidlər kəndi Qafan ərazisindən avtomat və pulemyotdan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır. Tələfat olmamışdır.
Cəbrayıl
İyunun 26-na keçən gecə səhərədək fasilələrlə Qışlaq postu ermənilər yaşayan Sur kəndi tərəfdən atəşə tutulmuşdur.
Ağdam
İyunun 26-na keçən gecə səhərədək Gülablı, Abdal, Qaralar, Cinli, Xıdırlı kəndləri ermənilər tərəfdən atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.