Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Füzuli


İyunun 22-də axşamüstü saat 17-18 arasında Füzuli rayonu Ağbulaq-Xırmancıq istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Döyüşçülərimiz atəşlərin qarşısını almış, düşmənin 1 topunu və 1 PDM-ni vurub məhv etmişlər.
Gecə saat 23-də Çartaz tərəfdən rayonun Dilağarda kəndinə atəş açılmışdır. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


Cəbrayıl


İyunun 22-də axşamüstü rayonun Qışlaq kəndi Sur kəndi istiqamətindən atəşə məruz qalıb. Düşmən susdurulmuşdur. Hazırda nisbi sakitlikdir.


Zəngilan


İyunun 22-də səhər saat 10-dan başlayaraq Yuxarı Yeməzli, Qazançı, Kollu Qışlaq, Gün Qışlaq, Ağbənd, Vejnəli kəndləri və Şükürataz yaylağı Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Dünən Zəngilanın Ermənistanla sərhəd əraziləri atəşə məruz qalmışdır. Milli Ordunun döyüşçülərindən 3 nəfər yaralanmışdır.
Zəngilan bölgəsində vəziyyət gərgin olaraq qalır. Fasilələrlə də olsa düşmən tərəf atəşə ara vermirlər. Döyüşçülərimiz düşmənin həmlələrini dəf edirlər.


Naxçıvan


Muxtar Respublikanın ərazisində nisbi sakitlikdir. Ordubad bölgəsinin sərhəd kəndləri ara-sıra toplardan atəşə tutulur.
Naxçıvan AXC:
İyunun 21-də Ermənistan radiosunun verdiyi məlumata görə Xankəndi şəhərinə, Hadruta və Ağdərə rayonuna 19 nəfər hərbi mütəxəssis göndərilmişdir (Ermənistandan). Mardakert rayonundan gələn qaçqınlar Ermənistan Respublikası Baş naziri Hakik Arutunyanın qəbulunda olmuşlar. Qaçqınlar sığınacaq istəmişlər.


Kəlbəcər


Aydoğan səmtindən Narıştar kəndi ermənilərin hücumuna məruz qalmışdır. Azərbaycan SQ-nin Kəlbəcər bölmələri düşmənin hücumlarını dəf etmişlər. Aterk kəndindəki erməni istehkamları dağıdılmaqda davam edir.


Ağdam


Bu gün saat 24-də Yeni Qaralar kəndi Fərrux səmtindən top atəşinə tutulub. Düşmənin atəş nöqtələri susdurulmuşdur. Gərgin atışmalar zamanı 2 milis nəfəri şəhid olmuş, 4 nəfər yaralanmışdır.
Ağdamda hazırda nisbi sakitlikdir.
Goranboy, Qubadlı, Tovuz, Gədəbəy, Qazax bölgələrində sakitlikdir.