Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Gədəbəy


Dünən saat 20:00-dan başlayaraq rayonun Şınıx zonası Ermənistanın Krasnoselsk ərazisindən atəşə tutulmuşdur. Sonra isə düşmən hücuma keçmişdir. Lakin Azərbaycan SQ-nin rayondakı bölmələri ermənilərin hücumunun qarşısını almış və onları geri oturtmuşlar. Bizim tərəf itki verməmişdir. Hazırda ərazidəki vəziyyət nəzarət altındadır.


Füzuli


İyunun 22-də saat 20:00-dan başlayaraq rayon keçmiş Hadrut rayonu ərazisindəki erməni yaşayış məntəqələrindən top atəşinə tutulmuşdur. Təlafat olmamışdır.


Naxçıvan


İyunun 22-də saat 16:40-da Gərməçataq postu top atəşinə tutulmuşdur. Saat 19-dan 20:30-dək Ordubad rayonu Ermənistanın Mehri ərazisindən top atəşinə tutulmuşdur. Dağıntı və təlafat var. Ermənistanı İranla birləşdirən Mehri rayonundakı körpü üzərindən gecə-gündüz kömək gətirilir.


Tovuz


İyunun 22-dən 23-nə keçən gecə saat 20:00-dan 4-dək Həsənli, Qoşa kəndləri Ermənistanın Berd rayonu ərazisindən avtomat, pulemyot və toplardan atəşə tutulmuşdur.


Zəngilan


İyunun 22-dən 23-nə keçən gecə 15-dən 6-ya dək Vejnəli, Kolluqışlaq kəndləri və saat 3:00-5:00-dək rayon mərkəzi pulemyot, PDM-lərdən, “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Nəticədə 5 nəfər yaralanmışdır.