Qazax
İyunun 21-də rayon ərazisində sakitlik olmuşdur. Ermənistanın Noemberyan rayonu tərəfdən Fərəhli kəndinə 1 mərmi atılmışdır. Şavarşavan kəndindən ermənilərin köçü başlamışdır.
Qubadlı
Rayonun sərhəd kəndləri ilə üzbəüz Gorus-Qafan rayonları ərazisində düşmənin canlı qüvvəsinin və zirehli texnikasının toplanması müşahidə edilir.
Zəngilan
İyunun 21-dən 22-nə keçən gecə saat 17:00-dan 03:00-dək Seyidlər, Qazançı kəndləri Qafan rayonu ərazisindən top, pulemyot və avtomatlardan atəşə tutulmuşdur.
Ağdam
İyunun 21-dən 22-nə keçən gecə saat 16:00-dan 04:00-a kimi fasilələrlə şəhər “Qrad” tipli raketlərlə atəşə tutulmuşdur. Dağıntı var. Təlafat haqqında məlumat dəqiqləşdirilir.
Dünən erməni tərəfi Şelli, Naxçıvanik və Ağbulaq kəndlərinə hücum etmişlər. Ancaq Azərbaycan SQ-i düşmənə ağır zərbə vuraraq onları geri çəkilməyə məcbur etmişlər.
Şuşadan Xocalıya və Əsgərana texnikanın gətirilməsi müşahidə edilir. Laçın koridorunun ermənilərin əlində olması güclü texnikanın bu bölgəyə gəlməsinə səbəb olur.
Naxçıvan
Ermənistan televiziyasının verdiyi məlumata görə:
Əsgəranın Naxçıvanik, Pircamal kəndləri uğrunda döyüşlər gedir. Ermənilərin xeyli itki verdikləri haqqında xəbər yayılmışdır.
Zəngilan, Qubadlı rayonları ərazisindən Ermənistanın Qafan rayonu top atəşinə tutulmuşdur. Qafanda çoxlu dağıntı var, xeyli insan təlafatı olmuşdur. Ordubad və Zəngilan rayonları ərazisində Azərbaycan Silahlı Qüvvələrinin toplanması müşahidə edilir.
Sədərək ətrafındakı döyüşlərdə erməni tərəfi 10 nəfər itirmiş, onların 3-ü dəstə komandirləridir.
Mardakert ətrafında qızğın döyüşlər gedir. Evlər dağıdılmış, təlafat olmuşdur. Erməni tərəfi döyüş səngərlərini qoyub qaçırlar.