Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam


Baş leytenant Rəsulovun verdiyi məlumata görə 4 gündür ki, Qaralar kəndi uğrunda döyüşlər gedir. Erməni tərəfi kəndi ələ keçirmək üçün 2 dəfə cəhd etmişdir. Ancaq biz bu həmlələrin qarşısını ala bilmişdik. Lakin iyunun 20-də saat 20:00-dan başlayaraq düşmən ağır texnikadan istifadə edərək yenidən kəndə hücuma keçmişdir. Biz bu dəfə düşməni saxlaya bilməyib geri çəkilməyə məcbur olduq. Hazırda Qaralar və Əliağalı kəndinin bir hissəsi ermənilərin əlindədir. Döyüşlər davam edir.
Düşmən tərəfi Əlimədətli, Qalayçılar, Çinli, Naxçıvanik, Pircamal və Ərənzəmin kəndlərini daim atəş altında saxlayırlar.
Vəziyyət gərgin olaraq qalır.


Gədəbəy


İyunun 20-dən 21-nə keçən gecə saat 22:30-dan 4:00-dək İvanovka, Qaravəllər və Mormor kəndləri ermənilər tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulmuşdur. Ermənilər canlı qüvvəni və texnikanı sərhəd Şınıx zonası boyu toplamaqda davam edirlər.


Tovuz


İyunun 21-nə keçən gecə saat 01:00-dək Qaralar kəndi ermənilər yaşayan Başkənd ərazisindən avtomat, pulemyot və topdan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır. Təlafat olmamışdır.


Zəngilan


Gecə saat 24:00-2:00 kimi rayonun həmsərhəd kəndləri Ermənistanın Qafan rayonunun ərazisindən top, “Qrad” və “Kristal” qurğularından atəşə məruz qalmışlar. İki mövqeimiz sıradan çıxarılmışdır.
Gecə saat 2:00-dan başlayaraq ermənilər Mehri rayonu tərəfdən hücuma keçmişlər. Ermənilərin hücumu baş tutmamışdı. Hücum dəf edildi. Lakin atəşlər dayanmır.
Rayonda vəziyyət gərgin olaraq qalır.