Naxçıvan
İyunun 20-də Muxtar Respublikanın Sədərək, Batabat, Gərməçataq, Şada, Aşağı və Yuxarı Buzqov yaşayış məntəqələri Ermənistan ərazisindən avtomat, pulemyot və minaatanlardan atəşə tutulmuşdur.
Ermənistanın Mehri rayonu ərazisində 3 ay müddətinə fövqəladə vəziyyət və komendant saatı elan olunub. Buraya xeyli canlı qüvvə və zirehli texnika toplanır.
Ermənistan televiziyasının verdiyi məlumata görə Çexoslovakiyadan Yerevana 10 top yardım gətirilib. Televiziya şirkəti qarşısında isə piket davam edir. Televiziya ilə göstərilən kadrlarda döyüşçülərin əhval ruhiyyəsinin aşağı olduğu aydın nəzərə çarpır.
Ermənistan Müdafiə naziri Vazken Sarkisyanın əmisi oğlu Vahan Arutunyan Mardakertdə yerləşən polkun komandiri təyin edilib.
Füzuli
İyunun 21-də səhər Füzuli şəhəri ermənilər yaşayan Hoğa səmtindən atəşə tutulmuşdur. Şəhərə 2 mərmi düşmüşdür. Təlafat olmamışdır.
Goranboy, Tərtər, Qazax, Ağstafa, Kəlbəcər – sakitlikdir.
Zəngilan, Qubadlı, Cəbrayıl - əlaqə yoxdur.