Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Zəngilan


İyunun 19-da gündüz saat 12-dən gecə 22-dək rayonun Vejnəli kəndi Mehri səmtindən müxtəlif fasilələrlə minaatanlardan, PDM-lərdən, top və qumbaraatanlardan atəşə tutulub.
Bu gün səhər saat 4-də Yuxarı Yeməzli kəndi; 5:30-dan sonra isə Susən meşəsi Qafan ərazisindən atəşə məruz qalıb.
Seyidlər kəndi fasilələrlə də olsa Ermənistan ərazisindən atılan güllələrin döyənəyi olaraq qalır.


Füzuli


İyunun 19-da günün ikinci çağı Füzuli rayonu Edilli ətrafındakı yüksəklikdən tankdan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.


Ağdam


Dünəndən başlayaraq rayonun Əsgəran istiqamətindəki Şelli, Xıdırlı, Əliağalı, Çinli, Qaralar və Gülablı kəndləri fasilələrlə ermənilərin atəşinə məruz qalır. Milli Ordunun müdafiə qüvvələri mövqelərdə möhkəm dayanaraq, düşmənin həmlələrini dəf edirlər.


Naxçıvan


Sədərək qəsəbəsi avtomat və pulemyotlardan, ara-sıra isə minaatan və iriçaplı pulemyotlardan atəşə tutulur. Gərməçataq kəndi istiqamətində ermənilər uzaqvuran top yerləşdirmişlər.


Gədəbəy


Dünən gecə saat 22:30-da rayonun İvanovka kəndi atəşə tutulmuşdur. Atəşin qarşısı tezliklə alınmışdır.


Qazax


Ermənistanla sərhəddə yerləşən kəndlər dünən gecə ara-sıra avtomat və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Qubadlı, Füzuli, Kəlbəcər, Tovuz, Goranboy və Tərtər bölgələrində nisbi sakitlik olmuşdur.