Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Gədəbəy


Rayonun sərhəd kəndlərində sakitlik olmuşdur. Başkənd ərazisində yaşayan ermənilərin köçməsi davam edir.
Batalyona rabitə əlaqəsi üçün lazım olan ləvazimat çatmışdır.


Zəngilan


İyunun 18-də saat 16:00-dan 22:00-dək Yuxarı Yeməzli kəndi Ermənistanın Qafan rayonu ərazisindən iriçaplı pulemyotlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur. Vəziyyət gərgin olaraq qalır.


Naxçıvan


Dünən, iyunun 19-da Muxtar Respublikanın Aşağı Buzqov, Yuxarı Buzqov, Gəlməçataq və Şada kəndləri Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmənin 4 ədəd topu vurulub sıradan çıxarılmışdır.


Qazax, Tovuz, Ağstafa, Qubadlı, Cəbrayıl, Goranboy bölgələrində gecə nisbətən sakit keçmişdir.
Kəlbəcər, Ağdam, Tərtər və Füzuli ilə əlaqə olmamışdır.