Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Zəngilan


Bu gün Mehri ərazisindən Zəngilan rayonunun Vejnəli kəndi atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.


Kəlbəcər


Keçmiş Mardakert rayonu tərəfdən Kəlbəcər istiqamətində 60 maşın dəstəsi hərəkət edir.


Tovuz


Rayonun Həsənəli və Göyəbaxan kəndləri ermənilər tərəfdən top atəşinə tutulur. Haçallı postu səmtində ermənilərin 1 tankı görünmüş, sonra yoxa çıxmışdır.


Goranboy


Uğurlu döyüş əməliyyatları davam edir. Düşmənlərdən təmizlənmiş kəndlər müdafiə olunur.


Tərtər


Azərbaycan SQ-nin Tərtər bölmələri Ağdərə istiqamətində döyüş əməliyyatlarını davam etdirirlər. Bu gün Marquşavan, Marağa, Çaylı və Həsənqaya kəndləri düşmənlərdən tamamilə azad edilmişdir. Döyüş əməliyyatları Ağdərə yaxınlığında davam edir.


Ağdam


Rayon ərazisində nisbi sakitlikdir. Naxçıvanik kəndi erməni yaraqlıları tərəfdən atəşə tutulur. Döyüşçülərimiz cavab atəşləri ilə düşməni geri çəkilməyə məcbur edirlər.

İyunun 18-də gündüz Gədəbəy, Qazax, Qubadlı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl bölgələrində nisbi sakitlik olmuşdur.