Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam


Azərbaycan Ordusunun Ağdam hissələri tutduğu mövqeləri möhkəmlədib və geriyə bir addım çəkilməyib.


Füzuli


İyunun 18-nə keçən gecə axşam saat 20-dən gecə saat 2-yə kimi Füzuli şəhəri Ağbulaq tərəfdən “Qrad”, “Alazan” tipli raketlərdən atəşə tutulmuşdur. Bir nəfər yaralanmışdır. Düşmənə layiqli cavab atəşi açılmışdır. Ermənilərin bir ədəd “Qrad” qurğusu vurulub yandırılmış və səkkiz nəfər erməni qulduru məhv edilmişdir.


Zəngilan


İyunun 18-nə keçən gecə rayonun Ağbənd kəndi Ermənistanın Mehri istiqamətlərindən, Seyidlər və Qazançı kəndləri isə Qafan tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


Qubadlı


Vəziyyət yaxşıdır. Qubadlı bölgəsində yerləşən Azərbaycan Ordusunun hissələri torpağın keşiyində möhkəm dayanıblar. Qəhrəman döyüşçülərimiz Laçın istiqamətində hərəkəti davam etdirirlər.


Gədəbəy


İyunun 18-nə keçən gecə Başkənd istiqamətindən Göyəbaxan kəndi ara-sıra avtomatlardan və pulemyotlardan atəşə tutulmuşdur. Ermənilərin Başkənddən köçməyi müşahidə olunur.


Tərtər


Madagiz, Yuxarı və Aşağı Çaylı, Həsənqaya yaşayış məntəqələri tamamilə erməni quldurlarından təmizlənib. Bizimkilər orada mövqelərini möhkəmləndirirlər.