İyunun 17-də saat 16-da Qazaxla İcevan sərhədində yerləşən Dövlət Avtomobil Müfəttişliyi postunda Azərbaycan Respublikasının Müdafiə naziri Rəhim Qazıyevlə Ermənistan Respublikasının Müdafiə naziri Vazqen Sarkisyanın görüşü olmalıydı. Ermənistan Respublikası Müdafiə nazirinin sözünə əməl etməməsi nəticəsində görüş baş tutmamışdır.
İyunun 20-də saat 12-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzi – Azərbaycan və xarici jurnalistlər üçün mətbuat konfransı keçirəcəkdir.
Bundan əvvəl Meşəli və Cəmilli kəndlərinin milis bölmələrində işləmiş milis işçilərindən xahiş olunur ki, iyunun 19-da saat 10-da Yevlaxa, şəhər mehmanxanasının qarşısına gəlsinlər.