Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Zəngilan


İyunun 17-də saat 11-də erməni yaraqlıları Zəngilan rayonunun Vejnəli və Ağbənd kəndlərinə hücuma keçmişlər. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənin hücumunu dəf etmişdir. Düşmənlər Azərbaycan Dəmir Yolunun Zəngilan-Naxçıvan xəttini Mehri ərazisində partlatmışdır.
Güman olunur ki, erməniləri buna səbr edən “Vesti” proqramının təxribat xarakteri daşıyan məlumatı olmuşdur. Həmin məlumatda deyilir ki, guya, Azərbaycan Silahlı Qüvvələri Zəngilan-Naxçıvan dəhlizini açmağa hazırlaşır.


Qubadlı


Nisbi sakitlikdir.


Laçın


İyunun 15-dən 16-na keçən gecə Vaqif Cabbarovun komandanlığı altında Könüllü müdafiə qüvvələri və Biləsuvardan gələn döyüşçü dəstəsi Laçın rayonunun Malaxələf kəndinin azad olunmasında xüsusi fəallıq göstərmişlər. Rayonun Suarası kəndində də döyüşçülərimiz var. Kənd müdafiə olunur.
Döyüşçülərimiz ərzaq və digər köməyə ehtiyac duyurlar.


Füzuli


Bu gün gündüz rayonda nisbi sakitlikdir.


Ağdam


İyunun 16-dan başlayaraq ermənilər Əsgəran istiqamətindən Ağdama və rayonun həndəvərlərinə müxtəlif təyinatlı silahlardan atəş açırlar.
Milli Ordunun döyüşçüləri düşmənə cavab atəşi açırlar.


Goranboy


Azad olunmuş kəndlərdə müdafiə mövqeləri möhkəmləndirilir. Hazırda cəbhə xəttində nisbi sakitlikdir.


Tovuz


İyunun 17-də gündüz rayonda nisbi sakitlik olmuşdur.


Qazax


Güclü leysan yağışları yağır. Döyüşlər ara vermişdir.


Naxçıvan


Sədərəkdə ara-sıra atəş səsləri eşidilir. Digər cəbhələrdə sakitlikdir.