Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


İyunun 16-na olan məlumata görə dünən Babək rayonunun Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndləri, Sədərək qəsəbəsi gün ərzində Ermənistan tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Yuxarı Buzqov kəndi istiqamətində ermənilərin hücumu olub. 17 nəfər mühasirəyə düşmüşdür. Bir nəfər şəhid olub, 5 nəfər yaralanıb. Sədərəkdə 4 nəfər yaralanıb.


Zəngilan


İyunun 15-də və iyunun 16-na keçən gecə rayonun Seyidlər, Qazançı, Ağbiz və Ağanişlər kəndi fasilələrlə müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub. Ermənilər tərəfdən itki var.


Qubadlı


Azərbaycan Ordusunun bölmələri Laçın istiqamətində irəliləyirlər. Laçının Malaxalar kəndi erməni quldurlarından təmizlənib.


Qazax


İyunun 16-na keçən gecə rayonun Böyük Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Qızıl Hacılı, Məzəm kəndləri Ermənistanın İcevan və Noyanberyan rayonlarının ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb. Bizimkilərdən 3 nəfər yaralanıb. Səhər saat 4-də atışma səngiyib.


Füzuli


İyunun 15-də axşam saat 17:00-19:00 radələrində Füzuli şəhəri keçmiş Hadrut rayonunun Xırmancıq və Traxtik kəndləri səmtindən toplardan atəşə tutulub. Şəhərə 5 mərmi düşüb. Çuvarlı kəndi Xırmancıq tərəfdən atəşə tutulub. Çuvarlı kəndində 1 nəfər qadın yaralanıb.Ermənilərin Köşbək kəndində bir ədəd tank bizimkilər tərəfdən vurulub məhv edilmişdir.


Ağdam


Sırxavənd kəndi ermənilər tərəfdən işğal olunub. Əsgəran, Xanabad istiqamətlərində atışmalar davam edir. Artilleriyaçıların köməyi lazımdır.


Goranboy


Gülüstan kəndi bizimkilərin əlindədir. Talış kəndi uğrunda döyüşlər gedir.


Tərtər


İyunun 16-na keçən gecə Tərtər şəhəri müxtəlif silahlardan Marquşavan istiqamətindən atəşə tutulub. Təlafat olmamışdır.