Bu gün düşmənin atdığı snayper gülləsi Yuxarı Qarabağda jurnalist Çingiz Mustafayevi sıramızdan aparmışdır. Bu cəsarətli jurnalistin bütün dünyanı mərzəyə gətirən Qarabağdan, Xocalıdan verdiyi reportajları hamımızın yadındadır. Onun əbədi xatirəsi daima Azərbaycan xalqının ürəyində yaşayacaqdır.
Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Mərkəzi və “Xalq Ordusu” qəzetinin əməkdaşları mərhumun ailəsinə baş sağlığı verir. Allah ona rəhmət eləsin!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Goranboy hissələrinin komandanlığı və şəxsi heyəti Yuxarı Qarabağda iyun ayının 13-də döyüş zamanı qəhrəmancasına şəhid olmuş Müdafiə Nazirliyinin məsul işçisi ŞİKAROV ŞİKAR ŞÜKÜR oğlunun ailəsinə dərin hüznlə baş sağlığı verir.