Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 1992 00:04

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


İyunun 12-də saat 18-dən 18:30-dək Sədərək qəsəbəsi Ermənistan ərazisindən ağır artilleriya atəşinə tutulmuşdur. Milli Ordunun 3 əsgəri yaralanmışdır.
MDB-nin 14-cü zastavasında ermənilərin 16mm-lik 2 topu yerləşir. Həmin toplar vasitəsilə Qaraburun postu atəşə tutulmuşdur.
Ucubizdəki Animal bazasının yanındakı topdan Sədərəyə atəş açılır.
“Qırmızı” deyilən yüksəklikdə ermənilərin 1 PDM və 1 ZTR-i dayanmışdır. “Miltəpə” yüksəkliyinin arxasında isə ermənilərin minaatanları yerləşdirilmişdir – ordan Sədərəyin 5-ci postu atəşə tutulur. Şəfəq qaralan vaxt “Miltəpə” yüksəkliyinə qalxırlar. Sonra atəşi davam etdirirlər.
Sədərək qəsəbəsi fasilələrlə də olsa snayper silahlarından atəşə tutulur. Ermənilərə məxsus 1 BRDM şərab zavodu ərazisində dayanmışdır.
Bu gün nisbi sakitlikdir.