Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Tovuz


İyunun 12-dən 13-nə keçən gecə saat 21:00-dan 3:00-dək Qaralar kəndi Berd rayonu ərazisindən tank və toplardan atəşə tutulmuşdur.


Qubadlı


İyunun 13-nə keçən gecə səhərədək Yazıdüzü məntəqəsi ermənilər tərəfindən fasilələrlə atəşə tutulmuşdur.


Zəngilan


İyunun 13-nə keçən gecə Qazançı, Ağkənd və Seyidlər kəndləri Ermənistanın Qafan rayonu ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Döyüşçülərimizdən bir nəfər yaralanmışdır.


Füzuli


İyunun 12-də saat 19:00-dan 24-dək rayonun Gorazıllı, İşıqlı, Çuvarlı kəndləri və şəhər mərkəzi ermənilər yaşayan Məlikcan və Buludxan kəndləri tərəfdən minaatanlardan atəşə tutulmuşdur.
Nəticədə 11 nəfər yaralanmışdır.


Naxçıvan


İyunun 12-də saat 15:00-dan 21:00-dək Sədərək rayonu, saat 18:15-dən 20:30-dək isə Şərur rayonunun Buzqov kəndi Ermənistan ərazisindən iriçaplı pulemyotlardan və avtomatik silahdan atəşə tutulmuşdur. Sədərəkdə 2 nəfər yaralanmışdır.