Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


3 gündür ki, Yerevanda Sundukyan adına dram teatrı qarşısında fasiləsiz izdihamlı mitinq keçirilir. Mitinq iştirakçıları 1988-ci ildən bəri xarici ölkələrdən Yerevana gəlmiş mövcud vəziyyətlə daxili proses və digər münaqişələrdə iştirak edən mühacirlərin tez bir zamanda respublikanı tərk etmələri və qonşu dövlət ilə müharibəyə son qoymağı tələb etmişlər. Keçirilən mitinqdə xoşagəlməz qarşıdurmalar baş vermişdir. Nəticədə yaralanan və ölənlərdə olmuşdur. Mitinqdə bir çox etnik qruplarda iştirak edir və mühacirlərə qarşı amansız mövqedən çıxış edirlər.
İyunun 9-da mühacirlərin 412 nəfərlik ilk dəstəsi Ermənistanı tərk etmişdir.
Gümrü (Leninakan) şəhərində də iyunun 6-dan başlayaraq mitinqlər davam etməkdədir. Mitinqçilər ərzaq məhsullarının qiymətlərinin aşağı salınması və digər gündəlik təlabat məhsullarının vaxtlı-vaxtında ticarət müəssisələrinə verilməsini tələb etmişlər. Onlar ilk ehtiram əlaməti olaraq Gümrü şəhərindəki dəmir yolunu dağıtmış, bir çox avtomobil yollarını sıradan çıxartmışlar.
Nəqliyyat yollarının bərpasına baxmayaraq mitinqçilər hədələyici ultimatumla çıxış etmişlər. L.Ter-Petrosyanın ünvanına göndərilən yüzlərlə teleqram və məktubda şəhərin sərhəd zonasında yerləşdiyi xatırladılmış və tələblərin yerinə yetirilməyəcəyi təqdirdə Türkiyə ərazisinə keçəcəkləri bildirilmişdir.
İyunun 10-dan 11-nə keçən gecə səhərədək Sədərək Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.


Tovuz


İyunun 11-də saat 4:00-da Əlibəyli kəndi Ermənistanın Berd rayonu istiqamətindən top atəşinə tutulmuşdur.