Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


Bu gün Naxçıvan Muxtar Respublikasının ərazisində nisbi sakitlik olmuşdur. Sədərək qəsəbəsi ara-sıra avtomatlardan atəşə tutulur.


Füzuli


İyunun 6-da gecə səhərədək Füzuli rayonu Qırmızı Bazar, Traxtik və Xocavənd səmtlərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Rayon mərkəzinə 40 ədəd mərmi düşmüşdür. Saat 17:30-da şəhər Ağbulaq kəndi istiqamətindən top atəşinə tutulmuşdur. Şəhərə 3 ədəd mərmi düşmüşdür. İnsan təlafatı olmamışdır. Düşmənə cavab atəşi açılmışdır.


Ağdam


İyunun 6-da axşam saat 19-dan gecə saat 24-dək rayonun İlxıçılar kəndi Ağdərə rayonu ərazisindən tanklardan və toplardan intensiv atəşə tutulmuşdur. Kənddə 3 ev dağıdılmışdır. 1 nəfər yaralanmışdır. Telefon və elektrik xətləri sıradan çıxmışdır. Düşmənə cavab atəşi açılmışdır.


Zəngilan


İyunun 7-də saat 16:20-dən başlayaraq rayonun Seyidlər kəndi Qafan rayonu ərazisindən fasilələrlə avtomat və pulemyotlardan atəşə tutulur. Düşmənə cavab atəşi açılır.


Qubadlı, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Tərtər, Kəlbəcər rayonlarında nisbi sakitlikdir.


Tərtər


İyunun 6-da gecə Seydimli kəndi Marquşavan istiqamətindən tank və toplardan atəşə tutulmuşdur. Kənddə dağıntı var.