Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


Bu gün Sədərək qəsəbəsi kiçik Mil yüksəkliyindən və şərab zavodu ərazisindən ZTR, PDM, pulemyot və snayperlərdən atəşə tutulur. Döyüşlər davam edir.
Bu gün Şərur rayonunun Çağazur kəndi də səhər tezdən başlayaraq fasilələrlə avtomat və pulemyotlardan atəşə tutulur.


Cəbrayıl


İyunun 4-də saat 14-dən sonra rayon mərkəzi Sur və Şayıx kəndləri istiqamətindən atəşə tutulmuşdur. Cəbrayıl qəsəbəsinə 4 ədəd mərmi düşmüşdür. 1 ev dağıdılmışdır. Düşmənə cavab atəşi açılmışdır.


Füzuli


Bu gün saat 10:30-dan başlayaraq rayonun Qacar kəndi tankdan atəşə tutulmuşdur. Atəş saat 14-dək davam etmişdir. Düşmənə cavab atəşi açılmışdır.


Zəngilan


Rayonun Seyidlər və Burunlu kəndləri Qafan rayonu ərazisindən müntəzəm olaraq, qısa fasilələrlə tanklardan, PDM-lərdən, avtomatlardan, pulemyotlardan və snayperlərdən atəşə tutulur. Seyidlər kəndinə gedən yol və Oxçu çayı üzərindəki körpü də düşmən atəşi altındadır. Zəngilan müdafiə qüvvələri düşmənin hücumlarını dəf edirlər.


Ağdam


İyunun 5-nə keçən gecə saat 03-də rayonun  Gülablı və Əhmədavar kəndləri toplardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.

Qalan bölgələrdə ara-sıra atəş səsləri eşidilsə də nisbi sakitlik olmuşdur.