Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

İki gündür ki, Füzuli cəbhəsində vəziyyət xeyli gərginləşib. Fevralın 27-də saat 17-dən başlayaraq erməni qüvvələri Xırmançıq səmtindən Qoçəhmədli kəndi istiqamətində yerləşən mövqelərimizə artilleriyadan atəş açaraq piyadaların köməyilə hücuma keçmişlər. Topçularımızın atəşindən sonra düşmən geri oturdulub. Ötən gecə isə Qızılqaya yüksəkliyindəki mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Silahlı Qüvvələrimizin bölmələri cavab atəşilə düşmənin bir neçə atəş nöqtəsini susdurub.
Ağdərə bölgəsində sutka ərzində əsaslı dəyişikliklər baş verməyib.
Fevralın 28-nə keçən gecə Tovuz rayonunun Əlibəyli, Ağdam və Haçalı kəndləri Ermənistan istiqamətindən atəşə tutulub.
Cəbhənin digər sahələrində gecə nisbətən sakit keçib.