AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 24-nə keçən gecə cəbhə xəttində əsaslı dəyişikliklər baş verməyib. Füzuli cəbhəsində, Qızılqaya istiqamətindəki mövqelərimizi ermənilər müxtəlif təyinatlı silahlardan atəşə tutublar.
Ötən gecə Zəngilan rayonunun Kolluqışlaq, Rəzdərə, Quyudərə, Həştad, Yuxarı Yeməzli, Şərikan, Ağstafanın Köhnəqışlaq, Ballıqaya kəndləri Ermənistan ərazisindən toplardan, tanklardan ara-sıra atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.