AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 23-nə keçən gecə bütün cəbhə boyu döyüşlər bir qədər səngimişdir. Ağdərə bölgəsində əməliyyat şəraitində əsaslı dəyişiklik olmayıb. Ağdam istiqamətində isə Xramort kəndi səmtində mövqe döyüşləri davam edib.
Fevralın 22-də saat 16 radələrində Naxçıvan MR-nın Kilid məntəqəsinə düşmən tərəfindən atəş açılıb.
Ötən gecə Gədəbəy və Zəngilanın sərhəd məntəqələrinə Ermənistan ərazisindən atəş açılıb.
Digər münaqişə bölgələrində gecə sakit keçib.