Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gündür ki, cəbhə xəttində döyüşlər xeyli səngiyib və əsaslı dəyişikliklər baş vermir. Buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sayıqlığını itirmədən, döyüş hazırlığını artırmaqdadır. Əməliyyat şəraitinə tam nəzarət olunur.
Ötən gecə sakitlik yalnız respublikamızın şimal-qərb sərhədlərində pozulub. Gədəbəy rayonunun sərhəd gözətçi məntəqələri Ermənistan ərazisindən PDM və minaatanlardan atəşə tutulub. Döyüşçülərimizin cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
Digər cəbhə bölgələrində gecə sakit keçib.