Ağdərə bölgəsində gedən aramsız döyüşlərdən sonra fevralın 26-da Silahlı Qüvvələrimizin bölmələri Sərsəng su bəndinə nəzarəti yenidən bərpa ediblər. Hazırda bu istiqamətdə şiddətli döyüşlər davam edir.
Fevralın 26-na keçən gecə Füzuli cəbhəsindəki mövqelərimiz Uryandağ və Peykəndağ istiqamətindən hücuma məruz qalıb. Topçularımızın səyi nəticəsində düşmən geri oturdulub.
Gecə Gədəbəy rayonunun sərhəd gözətçi məntəqələri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.