Fevralın 24-də Ağdərə bölgəsində şiddətli döyüşlər yenidən güclənmişdir. Günün ikinci yarısında erməni birləşmələri Sərsəng su hövzəsinin bəndi istiqamətində güclü hücuma keçmişlər. Əsgərlərimiz düşmənə qarşı ağır döyüş apararaq müdafiə olunurlar.
Fevralın 24-nə keçən gecə Füzuli cəbhəsində Qızılqaya istiqamətindəki mövqelərimizi ermənilər müxtəlif təyinatlı silahlardan atəşə tutublar.
Ötən gecə Zəngilan rayonunun Kolluqışlaq, Rəzdərə, Quyudərə, Həştad, Yuxarı Yeməzli, Şərikan, Ağstafanın Köhnəqışlaq, Ballıqaya kəndləri Ermənistan ərazisindən toplardan, tanklardan ara-sıra atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.