Fevralın 20-nə keçən gecə Ağdərə bölgəsində əməliyyat şəraiti xeyli ağırlaşmışdır. Silahlı Qüvvələrimizin bölmələri gərgin döyüşlər apararaq Aterk kəndindən geri çəkiliblər. Hazırda Mehmanə kəndi istiqamətində ağır döyüşlər gedir.
Dünənki döyüşlərdə düşmənin Xanabad ətrafındakı 2 topu və 1 PDM-i məhv edildikdən sonra Ağdam cəbhəsində vəziyyət nisbətən sabitləşmişdir.
Fevralın 20-nə keçən gecə Tovuz və Gədəbəy rayonlarının sərhəd məntəqələri Ermənistan ərazisindən atəşə tutulmuşdur.
Digər münaqişə bölgələrində gecə sakit keçib.