Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan SQ-nin respublikanın şimal-qərbində yerləşən bölmələri tərəfindən sərhədboyu əraziləri nəzarət altında saxlayan yüksəkliklərin ələ keçirilməsi düşməni son dərəcə hiddətləndirib. Son günlər erməni ordusu bu yüksəklikləri geri qaytarmaq üçün dəfələrlə cəhd göstəriblər. Dünən günortadan sonra düşmən yenə də bu istiqamətdə hücuma keçib. Döyüşçülərimiz ermənilərin 1 PDM-ni sıradan çıxarmış və onları geri dönməyə məcbur etmişlər. Bu gün səhər ermənilərin daha bir hücum cəhdinin qarşısı alınıb. Bu cəhdlərinin boşa çıxdığını görən düşmən Tovuz şəhərini və Ağdam, Əlibəyli, Hacalı kəndlərini “Qrad” qurğularından və toplardan atəşə tutmağa başlayıblar. Ağstafanın Köhnə Qışlaq kəndi istiqamətindəki mövqelərimiz də atəşə tutulub.
Ordumuzun Laçın rayonunun cənubunda yerləşən bölmələri Yuxarı Fərəcan kəndini azad etdikdən sonra orada möhkəmləniblər. Bu istiqamətdə döyüşçülərimiz müvəffəqiyyətli döyüş əməliyyatlarını davam etdirirlər.
Dünən axşam Cəbrayıl istiqamətindəki Sirik gözətçi məntəqəsi ermənilər tərəfindən atəşə məruz qalıb. Bu gün günortadan sonra Zəngilan rayonunun Quyudərə-Həştad, Saralı-Həştad, Yuxarı Yeməzli kəndləri tanklardan atəşə tutulub. Yanvarın 7-də Füzuli cəbhəsində artilleriya atışması xeyli davam edib. Buradakı topçularımız düşmənin tankını və 2 topunu məhv ediblər.