Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının şimal-qərb sərhədləri boyunca gedən döyüşlər ara vermir. Dünən axşam Ağstafanın Köhnəqışlaq kəndinin yaxınlığındakı mövqelərimiz Ermənistan ərazisindən toplardan və “Qrad” qurğularından güclü atəşə tutulub. Eyni zamanda Gədəbəy rayonunun əhalisi əsasən ruslardan ibarət olan İvanovka kəndi Ermənistanın Krasnoselsk rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Nəticədə kənddə dağıntı olub.
Ermənistan ordusunun işğalı altında qalan Xanabad və Kətik kəndləri istiqamətindən Ağdam rayonunun Seyidli və Muradbəyli kəndləri atəşə tutulub. Düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab tədbirləri görülüb.
Son vaxtlar Ermənistan Hərbi Hava Qüvvələri Azərbaycan səmasında xeyli itki verib. Dünən Qarabağın şimalında, Vəngli kəndinin üzərində düşmənin daha bir vertolyotu məhv edilib.