AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Füzuli cəbhəsində vəziyyət gərgin olaraq qalır. Dünən bütün günü Qızıl Qaya, Dərdlər, Yuxarı Veysəlli istiqamətlərində döyüşlər gedib. Atışma zamanı artilleriyamız düşmənin hərbi sursatla dolu 1 yük avtomaşınını, 1 traktorunu və xeyli canlı qüvvəsini məhv edib.
Dünən axşam Zəngilan rayonunun Yuxarı Yeməzli, Quyudərə, Həştad, Şayıflı, Şərikan kəndləri istiqamətində mövqelərimiz düşmən tərəfindən avtomat və pulemyotlardan atəşə tutulub.