Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Füzuli cəbhəsində vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələrinin hissələri bu istiqamətdə düşmənin bütün hücum cəhdlərinin qarşısını alır və ona sarsıdıcı zərbələr endirir. Yanvarın 8-i və 9-u Qızılqaya, Dərdlər və Yuxarı Veysəlli istiqamətlərində döyüşlər gedib. Döyüş zamanı topçularımız düşmənin hərbi sursatla dolu bir yük avtomaşınını, 2 PDM-ni və xeyli canlı qüvvəsini məhv edib.
Yanvarın 8-i axşam Zəngilan rayonunun Yuxarı Yeməzli, Quyudərə-Həştad, Şayıflı, Şərikan kəndləri istiqamətində mövqelərimiz düşmən tərəfindən avtomat və pulemyotlardan atəşə tutulub.
Yanvarın 9-da Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinin daha bir vertolyotunu Aterk kəndinin qərbində vurublar.
Bu gün ərzində Ağstafa rayonunun Köhnə Qışlaq kəndi istiqamətində ara-sıra atışmalar olub.