Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Milli Ordusunun Laçın bölgəsində yerləşən bölmələri uğurlu döyüş əməliyyatları aparırlar. Bu gün onlar daha bir strateji yüksəkliyi ələ keçiriblər. Bu müvəffəqiyyətlə kifayətlənməyən döyüşçülərimiz hücum əməliyyatlarını davam etdirirlər.
Cəbhənin digər hissələrində əməliyyat şəraiti əsasən dəyişməyib. Bəzi yerlərdə mövqe döyüşləri davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Hava Hücumundan Müdafiə Qüvvələri son vaxtlar düşmənin hərbi təyyarə və vertolyotlarının əsl qəniminə çevrilmişdir. İndicə aldığımız məlumata görə bu gün saat 17:40-da ermənilərin daha bir vertolyotu Qarabağın şimalında – Vəngli kəndinin üzərində vurulub. Bu sayca, son 1 ay ərzində Azərbaycanın səmasında məhv edilən 10-cu düşmən vertolyotudur.