Bütün cəbhə boyu əməliyyat şəraitində dönüş yarada bilməyən işğalçı erməni ordusu heç bir hərbi strateji əhəmiyyət kəsb etməyən yaşayış məntəqələrimizi atəşə tutur. Belə ki, yanvarın 12-də Füzuli şəhəri bir saat ərzində tanklardan və Qrad qurğularından atəşə məruz qalıb. Nəticədə yaralananlar var.
Artıq bir neçə həftədir ki, Ermənistan silahlı qüvvələri Respublikamızın şimal-qərb sərhədlərindəki mövqelərimizə müntəzəm olaraq atəş açaraq onları ələ keçirməyə can atır. Lakin Ordumuzun bu istiqamətdə yerləşən bölmələri hər dəfə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edir.
Hal-hazırda Respublikamızın SQ-i bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir.