AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənilər nəticəsiz həmlələrindən sonra öz fəallıqlarını azaltmağa məcbur olduqlarından, Azərbaycan Ordusunun hissələri tutduqları mövqelərdə möhkəmlənir və düşmənin bütünlüklə respublikamızın ərazisindən qovulması üçün lazımi əməliyyatlar aparmağa zəmin yaradırlar.
Yanvarın 11-də ermənilərin Ağstafa rayonunun Köhnəqışlaq kəndi istiqamətindəki mövqelərimizi artilleriya atəşinə tutmaq cəhdi axşama yaxın tamamilə boşa çıxıb. Sərrast atəşlə düşmənin mövqeləri darmadağın edilib.
Bu gün səhər saat 11:20-də respublikamızın Hava Hücumundan Müdafiə Qüvvələri keçmiş Ağdərə rayonunun Vəngli kəndi üzərində yenə də bir düşmən vertolyotunu məhv etmişdir.