Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələri hissələrinin Respublikamızın şimal-qərb sərhədlərindəki mövqelərimizə etdikləri həmlələri ara vermir. Bu istiqamətdə zirehli texnikanın köməyi ilə hücum edən düşmən bir qədər irəliləməyə müvəffəq olsa da, mərd döyüşçülərimizin əks-zərbələri erməni ordusunun strateji məqsədlərini puça çıxarıb.
Azərbaycan Silahlı Qüvvələrinin Füzuli bölgəsindəki bölmələri uğurlu döyüş əməliyyatlarını davam etdirirlər. Onlar bu istiqamətdə işğalçı erməni ordusunun hissələrini xeyli sıxışdırmağa müvəffəq olublar.