Son zamanlar Ölkəmizin ərazisinin bir hissəsini işğal edən Ermənistan SQ-nin bölmələri Füzuli şəhərini zəbt etmək məqsədi ilə dəfələrlə bu istiqamətdə həmlələr edirlər. Bununla onlar Qubadlı və Zəngilan rayonlarında yerləşən Azərbaycan Ordusunun qruplaşmalarını əsas qüvvələrdən ayırmaq istəyirdilər. Düşmənin bu planlarından xəbərdar olan Azərbaycan SQ-nin komandanlığı Hadrut və Martuni istiqamətlərindəki erməni ordusunun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyi qərara almışdır.
Yanvarın 13-dən 14-nə keçən gecə Azərbaycan Ordusunun Füzuli rayonunda yerləşən bölmələri artilleriya hazırlığından sonra hücuma keçiblər. Döyüşçülərimiz düşmənin sayca üstün olan qüvvələrini məğlubiyyətə uğradaraq strateji əhəmiyyətli Uryandağ yüksəkliyini ələ keçiriblər. Bu məğlubiyyətin əvəzini çıxmaq məqsədi ilə düşmən Uryandağ istiqamətində hücuma keçib. Hazırda gərgin döyüşlər davam edir.
Şimal-qərb cəbhəsində də döyüşlər gedir. Bu gün Ağstafa rayonunun Köhnə Qışlaq kəndi istiqamətində də atışmalar ara verməyib.
Bu gün saat 12:01-də Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinin daha bir vertolyotunu vurublar. Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə qoşunlarına eşq olsun.