Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 14-də və 15-nə keçən gecə cəbhə xəttində əsaslı dəyişikliklər baş verməyib. Dünən gün ərzində Ağdam cəbhəsindəki mövqelərimiz Əsgəran istiqamətindən müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulub. Cavab tədbirlərindən sonra düşmənin atəş nöqtələri susdurulub. Ordumuzun Füzuli istiqamətindəki bölmələri mövqelərini dəyişərək manevr edir və düşməni taqətdən salır.
Bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin hissələri tutduqları mövqelərdə möhkəmlənərək əməliyyat şəraitinə tam nəzarət edirlər.