Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhə boyu təşəbbüsü özündə saxlayaraq bütün istiqamətlər üzrə hücum əməliyyatlarını davam etdirirlər. Erməni birləşmələri bizdən strateji təşəbbüsü almaq məqsədilə əks-hücumlar aparmaq üçün qüvvə cəmləşdirirlər. Dünən axşam və gecə ermənilər Füzuli cəbhəsində Qızılqaya istiqamətinə həmlə ediblər. Bu cəhdin qarşısını almaqda əsas ağırlıq topçularımızın üzərinə düşüb. Laçın rayonunda da ermənilərin Haqnəzər kəndinə hücumu dəf edilib. Bu gün səhər gərgin döyüşlər davam edir.