Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycanın işğal olunmuş ərazisində dünən bütün gün ərzində və bu gün səhər şiddətli döyüşlər davam edib. Erməni hissələri Laçın rayonunun Haqnəzər kəndini və Füzuli istiqamətindəki mövqelərimizə müvəffəqiyyətsiz hücum etmişdilər. Dünən gün ərzində gedən döyüşlərdə erməni silahlı qüvvələri 3 vertolyot, 2 BMP və 2 QRAD qurğusu itirmişdir.
Yanvarın 16-dan 17-nə keçən gecə erməni artilleriyası döyüş zonasından kənar olan Zəngilan rayonunun Kolluqışlaq kəndini və Cəbrayıl rayonunun Husus kəndini atəşə tutmuşdur.