Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan SQ-nin bölmələri cəbhə boyu üstünlüyü saxlayaraq bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirirlər. Füzuli istiqamətində erməni işğalçı ordusunun bütün əks-hücum cəhdləri döyüşçülərimiz tərəfindən igidliklə dəf olunur. İşğal olunmuş ərazimizin şimalında, Vəngli istiqamətində şiddətli döyüşlər gedir. Gün ərzində ermənilərin hərbi vertolyotlarının bizim mövqelərimizə 3 hava hücumu Azərbaycan Hava Hücümundan Müdafiə Qüvvələri tərəfindən dəf olunur.
Ötən gecə Cəbrayıl rayonunun Husus və Zəngilan rayonunun Kolluqışlaq kəndləri istiqamətlərində müxtəlif silahlardan atışmalar olub. Tovuz rayonunun Əlibəyli və Ağstafa rayonunun Köhnəqışlaq kəndləri səmtində intensiv artilleriya döyüşü gedib.
Bir az əvvəl fədakar döyüşçülərimiz tərəfindən darmadağın olunmuş düşmən bu ağır məğlubiyyətin əvəzini çıxmaq istəyir. Amma düşmənin hərəkətindəki çaşqınlıq, onlar bunu gizlətməyə çalışsalar da, açıq-aydın hiss olunur.
Azərbaycan SQ-ri bütün cəbhə boyu vəziyyətə nəzarət edir.