Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini azad etmək məqsədi ilə Ordumuzun hücumu davam edir. Dünənki döyüşlərdə Azərbaycan qoşunları ermənilərin möhkəmlənmiş dayaq məntəqələrinə çevirdikləri Sırxavənd və Kiçan kəndini düşməndən tamamilə azad ediblər. Ön hissələrimiz Xaçınçay dərəsi üzərində nəzarət yaratmaq üçün əvvəlcədən planlaşdırılmış istiqamətlərdə irəliləyirlər. Erməni hissələrinin Füzuli istiqamətində aramsız əks-həmlələrinə baxmayaraq döyüşçülərimiz öz mövqelərini möhkəm saxlayırlar.
Dünən və ötən gecə ərzində Ermənistan silahlı qüvvələri şiddətli döyüşlərdə 3 tank və 1 yük maşını itiriblər. Döyüşçülərimiz ermənilərdən daha 2 PDM, 2 top, 1 avtomaşın və sursat anbarı qənimət kimi ələ keçirmişlər. İtkilərin yerini doldurmaq üçün ermənilər Laçın yolu ilə hərbi sursatın daşınmasına yenidən can atırlar. Dünən topçularımız 3 sursatla dolu maşını məhv edərək Laçın yolu ilə erməni karvanlarının keçməsinin qarşısını alıblar.