Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən bütün cəbhə boyu gərgin döyüşlər davam etsə də, əməliyyat şəraitində əhəmiyyətli dəyişiklik baş verməyib. Xaçınçay istiqamətində irəliləyən döyüşçülərimiz düşmənin müqavimətini qırmaqda davam edirlər.
Laçın rayonunun cənubunda da şiddətli döyüşlər gedir. Strateji əhəmiyyətli Susuzdağ yüksəkliyi əldən-ələ keçir. Dünən bu istiqamətdə gedən döyüşlərdə düşmənin 25-ə qədər əsgəri məhv edilib.
Füzuli cəbhəsində də vəziyyət gərgin olaraq qalır. Dünən Qızılqaya istiqamətindəki mövqelərimiz bütün gün ərzində tanklardan və PDM-lərdən atəşə tutulub. Topçularımız cavab atəşilə düşmənin 1 tankını sıradan çıxarıblar. Ötən gecə Füzuli şəhəri Düdükçü kəndi tərəfdən tanklardan, Horadiz kəndi isə Hadrut istiqamətindən “QRAD” qurğularından atəşə məruz qalıb. Bunun nəticəsində dağıntı və yaralananlar var.