İşğal olunmuş Azərbaycan torpaqlarının erməni təcavüzkarlarından azad edilməsi uğrunda döyüş əməliyyatları davam edir. Ən gərgin döyüşlər əvvəlki kimi Xaçınçay istiqamətində gedir. Vəngli kəndində yerləşən Ermənistan ordusunun bölmələri böyük müqavimət göstərirlər. Cəbhə xəttinin digər bölgələrində də məhəlli xarakterli döyüşlər gedir. Dünən axşam Zəngilan rayonunun Kolluqışlaq və Şərikan kəndləri, Füzuli rayonundakı mövqelərimiz və rayon mərkəzi, Gədəbəy, Qazax, Ağstafa rayonlarının sərhəd məntəqələri, Ağdam şəhəri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.