Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

İşğal olunmuş Azərbaycan torpaqlarının erməni təcavüzkarlarından azad edilməsi uğrunda döyüş əməliyyatları davam edir. Ən gərgin döyüşlər əvvəlki kimi Xaçınçay istiqamətində gedir. Vəngli kəndində yerləşən Ermənistan ordusunun bölmələri böyük müqavimət göstərirlər. Cəbhə xəttinin digər bölgələrində də məhəlli xarakterli döyüşlər gedir. Dünən axşam Zəngilan rayonunun Kolluqışlaq və Şərikan kəndləri, Füzuli rayonundakı mövqelərimiz və rayon mərkəzi, Gədəbəy, Qazax, Ağstafa rayonlarının sərhəd məntəqələri, Ağdam şəhəri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Bu gün Füzuli şəhəri Hadrut istiqamətindən yenə də artilleriya atəşinə məruz qalıb. Nəticədə şəhərdə dağıntı və yaralananlar var. Düşmən həm də Qızılqaya istiqamətində hücuma keçmək üçün cəhd göstərib. Döyüşçülərimiz əks zərbələrlə erməni quldurlarını geri oturdublar. Laçın rayonunun şimalında azad edilmiş Bululduz kəndi ermənilər tərəfdən atəşə tutulmuş, yalnız cavab atəşindən sonra düşmənin atəş nöqtələri susub. Bu gün, yanvarın 22-də Cəbrayıl istiqamətindəki Sur postu, Qazax rayonunun Kəmərli kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.