Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gün ərzində bütün cəbhə boyu döyüşlər davam etsə də, əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib. Şimal-qərb sərhədləri boyunca yerləşən məntəqələrimiz düşmən atəşinə məruz qalmaqdadır. Dünən axşam düşmən Qazax rayonunun Kəmərli, Tovuz rayonunun Ağdam kəndini müxtəlif təyinatlı silahlardan atəşə tutub.
Təcavüzkar Ermənistan ordusunun hissələri Füzuli cəbhəsində təşəbbüsü ələ almağa can atırlar. Dünən axşamdan başlayaraq düşmən Yuxarı Veysəlli istiqamətindən Qızılqaya yaxınlığındakı mövqelərimizi fasiləsiz olaraq atəşə tuturlar. Ermənilər hücuma keçməyə cəhd etsələr də, topçularımız sərrast atəşlə onları geri çəkilməyə məcbur ediblər. Hadrut istiqamətində isə düşmənin səngər qazan 1 traktoru məhv edilib.