Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir.Topçularımız irəliləyən qoşunlarımıza dəstək verməkdən ötrü Ermənistan ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəş altında saxlayırlar. Belə ki, ötən gecə düşmənin Qızılqaya səmtində hərbi texnika cəmləşməsinə atəş açan artilleriyamız ermənilərin yanacaq bazasını darmadağın etmişlər. Nəticədə erməni mövqelərində böyük yanğın baş vermişdir.
Qoşunlarımıza döyüş meydanlarında layiqli müqavimət göstərə bilməyən düşmən yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan atəşə tutmaqda davam edir. Dünən axşam Gədəbəy rayonunun Novoivanovka və Tovuz rayonunun Hacıalılar kəndləri yenidən Ermənistan ərazisindən atəşə tutulmuşdur.