Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqda davam edirlər. 2-ci Ordu korpusunun əlahiddə qoşun qruplaşması uğurlu hücum əməliyyatlarını genişləndirərək strateji əhəmiyyətli istiqamətdə xeyli irəliləməyə müvəffəq olublar. Hakim Fərrux yüksəkliyini öz nəzarəti altında saxlayan döyüşçülərimiz Böyük və Kiçik Fərrux kəndlərini erməni işğalçılarından tamamilə təmizləyiblər. Hazırda bu istiqamətdə döyüşlər davam edir. Düşmən döyüşçülərimizə var gücülə müqavimət göstərir.