AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qoşunlarımızın bütün cəbhə boyu apardığı döyüşlər əsasən yerli əhəmiyyət daşıdığına baxmayaraq, onlar çox gərgin şəraitdə keçir. Düşmən döyüşçülərimizə var gücü ilə müqavimət göstərir. Bu gün ermənilər xeyli qüvvə cəmləşdirərək, Fərrux dağını və eyni adlı yaşayış məntəqəsini yenidən almağa müvəffəq olublar. Digər istiqamətlərdə Ordumuz öz mövqelərini möhkəm saxlayır. Sırxavənd və Dovşanlı (Araçadzor) döyüşçülərimizin nəzarəti altında qalır.