Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gün ərzində cəbhələrdəki vəziyyət əsasən dəyişməyib. Dünən axşam erməni artilleriyası Tuğ istiqamətindən Füzuli şəhərini atəşə tutub. Nəticədə 3 nəfər yaralanıb, 1 ev dağılıb. Ağdam cəbhəsində də Ermənistan ordusu fəallaşaraq Xramort istiqamətində hücuma keçməyə cəhd göstərib. Düşmənin bu cəhdi də dəf edilib.
Bu gün, yanvarın 28-i, cəbhə bölgələrində əsasən, sakit keçib. Yalnız Gədəbəy rayonunun Novoivanovka kəndi Ermənistan ərazisindən PDM-lərdən, minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Zərərçəkən olmayıb.